• Hızlı Erişim
  • Announcements
  • Duyuru

     

    Çalışmalarınızı "Yazım ve Yayın İlkeleri" çerçevesinde Dergipark adresimizden yükleyiniz.


Summary


MƏHƏMMƏD FÜZULİNİN “LEYLİ VƏ MƏCNUN” ƏSƏRİNDƏ TƏYİNLƏRİN LİNQVOPOETİKASI
Məqalədə Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərində işlədilmiş bədii təyinlər təhlil edilir. Füzuli obrazlılıq və bədiiliyin ən yüksək zirvəsində dayanan klassik Şərq ədəbiyyatının nümayəndəsidir. Şairin yaradıcılığında tədqiqata ehtiyacı olan məsələlərdən biri də şairin poetik sənətkarlığı, təfəkkürün yüksək zirvəsi sayılan obrazlar, məcazlar aləminin araşdırılmasıdır. Bu baxımdan Füzuli yaradıcılığında bədii təyinlərin öyrənilməsi də ədəbiyyatşünaslığımız üçün aktual məsələlərdəndir. Məcazın bütün növləri kimi, bədii təyinlərin də bolluğu dilin obrazlılığını şərtləndirən amillərdəndir. Şairin poeziyasında bədii təyinlərin araşdırılması Füzulinin yüksək şairlik məharətindən, yaradıcılığının zəngin məziyyətlərindən xəbər verməklə yanaşı, ümumi filoloji potensialı barədə də aydın təsəvvür yaradır.

Keywords
Füzuli, “Leyli və Məcnun”, söz, poetika, təyin, istedad, sənətkar.
Adres :ANKARA
Telefon :0506 509 32 59 Faks :
Eposta :dergiavrasyad@gmail.com

Web Yazılım & Programlama Han Yazılım Bilişim Hizmetleri