Peer Reviewed • Open Access • Scientific Publishing

Avrasya Uluslararasi Arastirmalar Dergisi

NİZAMİ GƏNCƏVİNİN «YEDDİ GÖZƏL» POEMASINDA KAMILLƏŞMƏ MODELİNİN ŞƏRHİ

Avrasya Uluslararasi Arastirmalar Dergisi

Abstract

Nizami yaradıclığında, o cümlədən «Yeddi gözəl» poemasında təsəvvüfi motivləri geniş şəkildə müşahidə olunur. Lakin bu motivlərdən istifadə şairin yaradıcılığını bütöv şəkildə təsəvvüfi-irvani görüşlərin təcəssümü hesab etməyə imkan vermir. Ona görə ki, Nizami görkəmli mütəfəkkir filosof idi. Bütün tədqiqatçıların təsdiq etdiyi kimi, XII əsr Şərq və Azərbaycan intibahını yaradan və onun bütün ideya-estetik ağırlığını çiyinlərində daşıyan Nizamini özünəqədərki mədəni irsin bütün mütərəqqi ideyaları cəlb etsə də, o öz yaradıcılığında məqbul bildiyi ideyalardan istifadə edirdi. Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağı idi. Şair bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin müşahidələr göstərir ki, Nizami sufizmdən yaradıcı şəkildə istifadə etmişdir. Yəni süfi görüşləri ona öz ideyalarıını vermək üçün bir vasitə rolunu oynamış, şair heç vaxt sufi ideyalarının tam təsiri altına düşməmişdir. «Xəmsə»də təsəvvüfdən istifadənin əsərdən-əsərə fərqli şəkildə təqdim olunması, sonuncu poemada – «İsgəndərnamə»də Nizaminin artıq sufizmdən, demək olar ki, yerli-dibli istifadə etməməsi də sənətkarın sufizmə yaradıcı yanaşdığını göstərir.

Authors

Huraman Hummatova

Keywords

Nizami, "Xəmsə", "Yeddi gözəl", "Bəhramnamə", təsəvvüf.

Publication Information

Publication Date
January 31, 2013
Submission Date
February 6, 2015
Volume
2
Issue
2
Year
2013
Pages
1-7
Language
Turkish
Status
Published
Views
0
Downloads
0

Files

Download PDF

Citation and Indexing Information

This information is prepared for academic indexes, citation managers, and social sharing tools.

PDF URL: https://avrasyad.com/public/galley-download.php?id=104

X Facebook LinkedIn WhatsApp Email