Peer Reviewed • Open Access • Scientific Publishing

DOI: 10.33692/avrasyad.509561

ŞIMALİ AZƏRBAYCANIN QARABAĞ REGİONUNDA KİTAB İŞİ VƏ MƏTBUAT (XIX – XX ƏSRİN ƏVVƏLLƏRİ)

Avrasya Uluslararasi Arastirmalar Dergisi

Abstract

XIX əsr Azərbaycanın yazı mədəniyyətinin inkişaf etdirilməsində mühüm dövr kimi
qiymətləndirilir. Kitab işi və kitabçılıq ənənəsi dövrün mədəniyyətinin önəmli hissəsini təşkil edir.
Kitab sənətinin inkişaf etdirilib yayılması üçün həmin dövrdə mətbəələr fəaliyyətə başladı.
Araşdırmalardan məlum olur ki, o dövrdə Şimali Azərbaycanda Bakı və Şuşadan başqa heç bir
yerdə mətbəə yox idi.
XX əsrin əvvəlləri Azərbaycan kitab nəşri tarixində yeni mərhələ başladı. Elmin müxtəlif
sahələrinin inkişafı ilə əlaqədar kitaba olan təlabat mətbəələrin sayının artmasına səbəb olmuş,
onların maddi-texniki bazası möhkəmlənmiş, yüksək çap texnikası ilə təchiz edilmişdi.
Kitabçılıq sənətinin inkişafı və məktəblərin yaranması xalqın savadlanmasında mühüm rol
oynayan ictimai və məktəb kitabxanalarının yaranmasına gətirib çıxartdı.
XIX əsrin ortalarından başlayaraq dünyada baş verən proseslər, Rusiya imperiyasının
daxilindəki hadisələr fonunda Azərbaycan xalqının milli dirçəliş yoluna qədəm qoyması milli
mətbuatımızın təşəkkülünə rəvac verdi. Milli mətbuatın təşəkkül tapması ictimai-milli
şüurumuzun inkişafı ilə eyni tarixi mərhələyə təsadüf edir, Milli mətbuat dövlət və dövlətçilik
ideyalarının formalaşması, ictimai münasibətlərə hazırlanmasında əvəzolunmazdır rola malikdir. 

Authors

Rena Bahışova

Keywords

Şimali Azərbaycan, Qarabağ regionu, kitab isi, kitabxana

Publication Information

Publication Date
July 14, 2017
Submission Date
December 13, 2016
Accepted Date
December 28, 2016
Volume
5
Issue
11
Year
2017
Pages
69-84
Language
Turkish
Status
Published
Views
0
Downloads
0
DOI
10.33692/avrasyad.509561

Files

Download PDF

Citation and Indexing Information

This information is prepared for academic indexes, citation managers, and social sharing tools.

PDF URL: https://avrasyad.com/public/galley-download.php?id=201

X Facebook LinkedIn WhatsApp Email