Hakemli • Açık Erişim • Bilimsel Yayın

DOI: 10.33692/avrasyad.510336

NAHÇIVAN VE TEBRİZ AĞIZLARINDA MORFOLOJİ ÜSULLA SÖZYAPIMININ KIYASLAMALI İNCELENMESİ

Avrasya Uluslararasi Arastirmalar Dergisi

Özet

Məqalədə Naxçıvan və Təbriz dialektinin Azərbaycan dilinin dialekt sistemindəki
mövqeyini müəyyənləşdirilmiş, onun qədim və spesifik xüsusiyyətləri aşkara çıxarılmış, bu
dialektlərin Azərbaycan ədəbi dililə, digər dialektlərlə oxşar və fərqli cəhətlərini
müəyyənləşdirilmiş, onlar tarixi-müqayisəli metod əsasında izah edilmişdir. Naxçıvan və Təbriz
dialektinin fonetik və morfoloji quruluşunda, leksik tərkibində nəzərə çarpan işlək formaları
ümumiləşdirilmiş, dilçiliyimiz üçün faydalı olan xüsusiyyətləri ön plana çəkilmiş, onları doğuran
səbəbləri ümumtürkoloji səviyyədə təhlil tədqiqata cəlb edilmişdir.
Naxçıvan və Təbriz dialektində morfoloji yolla söz yaradıcılığı prosesində Azərbaycan
dilinə məxsus sözdüzəldici şəkilçilər üstünlük təşkil edir. Fars mənşəli şəkilçilər isə yalnız Təbriz
dialektində işlənmir, bunlar təxminən alınma sözlərin tərkibində dilimizə keçmiş və şəkilçiləşmiş
formada bu gün də söz yaradıcılığı prosesində iştirak edir. Azərbaycan dilində morfoloji yolla
söz yaradıcılığı prosesinin öyrənilməsində, qədim sözdüzəldici şəkilçilərin aşkara çıxarılmasında
dialekt və şivələrimizin materialları yazılı abidələr qədər mühüm rol oynayır. Belə ki, hər bir
dialekt və yaxud şivə araşdırıldıqda səciyyəvi şəkilçilərlə yanaşı, qədim formalar da müəyyən
olunmuşdur..
Bu məqalədə Naxçıvan dialekti ilə Təbriz dialekti arasında apardığımz müqayisənin ən
başlıca səbəbi hələ orta əsrlərdə ictimai-iqtisadi və siyasi şəraitin təsiri ilə təbrizlilərin danışıq
dilinin dialekt səviyyəsinə yüksəlməsidir. Yeri gəlmişkən qeyd edək ki, Ş.İ.Xətai, S.Ə.Nəbati,
M.Möcüz, Heyran xanım, M.Şəhriyar və Səhənd kimi şairlərin əsərlərində də Təbriz dialektinin
xüsusiyyətləri özünü göstərir.

Yazarlar

Zülfiyye Ismayıl

Anahtar Kelimeler

: Naxçıvan, Təbriz, dialekt, söz yaradıcılığı

Yayın Bilgileri

Yayın Tarihi
29 Mayıs 2018
Gönderim Tarihi
11 Ocak 2018
Cilt
6
Sayı
13
Yıl
2018
Sayfa
684-692
Dil
Türkçe
Durum
Yayınlandı
Görüntülenme
0
İndirme
0
DOI
10.33692/avrasyad.510336

Dosyalar

PDF indir

Atıf ve İndeksleme Bilgileri

Bu bilgiler akademik indeksler, atıf yöneticileri ve sosyal medya paylaşım araçları için hazırlanmıştır.

PDF URL: https://avrasyad.com/public/galley-download.php?id=266

X Facebook LinkedIn WhatsApp E-posta